Hərəkətə Keç!

Potensialını Üzə Çıxar, Gələcəyini Özün Yarat!

Be Brave gənclərin şəxsi və peşəkar inkişaf platformasıdır. Burada qeyri-formal təhsil, real təcrübə və güclü icma bir araya gəlir. Biz gənclərlə, gənclər üçün və gənclər tərəfindən öyrənirik.

İcmamız

Bizim Hekayəmiz

Burada sadəcə öyrənmirsən. Sınayır, yaradır, əlaqələr qurur və inkişaf edirsən.

BeeBrave gənclərin öz potensialını kəşf etməsi, yeni bacarıqlar qazanması və real təcrübə əldə etməsi üçün yaradılmış inkişaf platformasıdır.

 

Mentorluqdan layihələrə, təlimlərdən beynəlxalq imkanlara qədər müxtəlif yollarla gənclərə öz istiqamətlərini tapmaq və ideyalarını hərəkətə keçirmək üçün dəstək oluruq.

 

Çünki bizcə inkişaf hazır cavablar tapmaq deyil,  öz yolunu qurmaqdır.

 

BeeBrave-in hekayəsi və missiyası haqqında daha ətraflı öyrən.

Reallaşdırdığımız Layihələr

Cəmiyyətdə dəyişiklik yaradan və gənclərə yeni qapılar açan təşəbbüslərimizlə tanış ol. Hər layihə yeni bir imkandır!

Young Expert Pool

Yeni nəsil gənc ekspertlərin yetişdirilməsi, sertifikasiyası və onların peşəkar mühitdə tanıdılması.

Training New Trainers

Qeyri-formal təhsil sahəsində güclü və kreativ təlimçilər ordusu yaratmaq üçün xüsusi proqram.

Youth Workers

Gənclərlə işləyən şəxslərin peşəkarlığının artırılması və effektiv metodologiyaların mənimsənilməsi.

Research Methods

Gənclər sahəsində dataya əsaslanan araşdırmaların aparılması və analiz bacarıqlarının inkişafı.

Brave Youth Forum

Gənclərin fəal iştirakçılığını, şəbəkələşməsini və aktual mövzuların müzakirəsini təmin edən böyük platforma.

Bütün Layihələr

Layihələrimizin məqsədləri, fəaliyyət istiqamətləri, əldə olunan nəticələr və gənclər üçün yaratdığı imkanlar haqqında daha ətraflı məlumat əldə edin.

Liderlik Yol Xəritən

Sən müraciət edirsən, biz birlikdə növbəti addımı müəyyənləşdiririk.

01

Bizimlə Əlaqə Saxla

Maraqlandığın istiqaməti seç və bizimlə əlaqə saxla. Sənin məqsədlərini və gözləntilərini dinləyirik.

02

Səni Daha Yaxından Tanıyaq

Qısa görüş və ya söhbət zamanı maraqlarını, bacarıqlarını və inkişaf etmək istədiyin istiqamətləri öyrənirik.

03

Sənə Uyğun İmkanı Tapırıq

Məqsədlərinə uyğun proqram, layihə, mentorluq və ya digər inkişaf imkanını birlikdə müəyyənləşdiririk.

04

İlk Addımı Birlikdə Atırıq

Proqrama qoşulduqdan sonra proses boyunca sənə dəstək göstəririk, öyrənir, sınayır, real təcrübə qazanır və inkişaf edirsən.

BeeBrave-dən sonra nə dəyişdi?

Nərgiz Həbibullayeva

Mentorluq məzunu

“Bu proqram mənə həm yeni biliklər qazandırdı, həm də fərqli baxış bucaqları təqdim etdi. Burada əldə etdiyim təcrübə mənim üçün çox dəyərlidir.”

Aysel Yadigarova

Mentorluq məzunu

“BeeBrave sayəsində özümə daha çox güvənməyə başladım. Mentor dəstəyi ilə hədəflərimi müəyyənləşdirdim və gələcək planlarım daha aydın oldu.”

Leyla M.

Mentorluq məzunu

“BeeBrave-də özümü rahat hiss etdim və çox şey öyrəndim. Mentorla söhbətlər mənə qərarlarımı daha inamla verməyə kömək etdi.”

Mentorluq Proqramlarımız

Təcrübəli mentorların dəstəyi ilə məqsədlərinə daha sürətli çat. Müxtəlif istiqamətlər üzrə hazırlanmış mentorluq proqramlarımız gənclərin inkişafını praktik təcrübə ilə dəstəkləyir.

Layihə Əsaslı Mentorluq

Nəzəriyyəni unut. Real layihələrdə işləyərək prosesləri təcrübə ilə öyrən və idarə et.

Təlim Əsaslı Mentorluq

Təlimçilik bacarıqlarını inkişaf etdir, biliklərini auditoriyaya düzgün çatdırmağın yollarını mənimsə.

Karyera Mentorluğu

Peşəkar gələcəyini planlaşdır. CV hazırlanması, müsahibələr və əmək bazarı üçün fərdi strategiya qur.

Fərdi Mentorluq

Sırf sənə özəl yanaşma. Şəxsi hədəflərini müəyyən et və onlara çatmaq üçün fərdi planla irəlilə.

Peer-to-Peer Mentorluq

Gəncdən gəncə dəstək! Öz həmyaşıdınla eyni dildə danış, təcrübə bölüş və birlikdə inkişaf et.

Beynəlxalq Layihələrə Müraciət üçün Mentorluq

Dünyaya açıl. Xaricdə təhsil, mübadilə proqramları və beynəlxalq layihələrə uğurlu müraciət qaydalarını öyrən.

Ekspertlərimizlə Tanış Ol

Öz icmalarında müsbət dəyişikliklərə rəhbərlik edən qeyri-adi istedadlar.

EXP-024

Azərin Mehdiyeva

QEYRİ-FORMAL TƏHSİL MÜTƏXƏSSİSİ

Gənclər proqramlarının dizaynı və interaktiv təlim metodologiyaları üzrə ekspert. Yerli səviyyədə fərdi inkişaf layihələrinin idarə olunmasında QHT-lərə məsləhətçi dəstəyi verir.

EXP-025

Nigar Mustafayeva

LAYİHƏ MENECERİ (PM)

İdeyaları real uğurlara çevirən aparıcı qüvvə. Be Brave-in yerli və beynəlxalq proqramlarının yüksək keyfiyyətlə və vaxtında icra olunmasını təmin edir.

EXP-026

Nərgiz Həbibullayeva

MALİYYƏ PLANLAŞDIRILMASI VƏ ANALİTİKA MENECERİ

Platformanın maliyyə dayanıqlığını təmin edən strateq. Layihələrin fandreynqinq proqramlarını, büdcə planlaşdırılmasını və maliyyə modellərini idarə edir.

Təsirimiz Rəqəmlərlə

200+

Dəstəklənən gənc iştirakçı

60+

Keçirilmiş təlim və mentorluq proqramı

15+

Yerli və beynəlxalq layihə təşəbbüsü

Tez-tez Verilən Suallar

Be Brave şəxsi və peşəkar inkişaf etmək istəyən bütün gənclər üçün açıq platformadır.

Proqramdan və layihədən asılı olaraq həm ödənişsiz, həm də xüsusi proqramlar mövcud ola bilər.

Aktiv proqramlar və müraciət formaları vebsaytımız və sosial media hesablarımız vasitəsilə paylaşılır.

Bəli, bir çox təlim, mentorluq və layihə proqramlarının sonunda iştirak sertifikatı təqdim edilir.

Bəli, beynəlxalq proqramlar və mübadilə imkanlarına müraciət prosesində mentor dəstəyi göstərilir.

Bizimlə Əlaqə Saxlayın

Sualın var, yoxsa komandamıza qoşulmaq istəyirsən? Mesajını yaz, ən qısa zamanda sənə geri dönək!

Email

info@beebrave.org

Contact us

+9947773558909