Biz Kimik?

Gənclərin Gücü ilə Yaradılan İnkişaf Platforması

Be Brave – qeyri-formal təhsil vasitəsilə gənclərin potensialını üzə çıxaran, öyrənmə, təcrübə və icmanı birləşdirən dinamik bir mühitdir.

200+
İştirakçı
20+
Uğurlu Layihə
13+
Mentor

Bizim Hekayəmiz

Biz inanırıq ki, gənclər böyük bir gücə malikdir və bir-birlərini ən yaxşı başa düşən elə gənclərin özüdür.

Çox vaxt gənclər yaşca böyüklərdən öyrənməkdə çətinlik çəkir və ya ortaq dil tapa bilmirlər.

 

Məhz bu boşluğu doldurmaq üçün Be Brave olaraq yola çıxdıq. Fəlsəfəmiz sadədir: “Gənclərlə, gənclər üçün və gənclər tərəfindən”.

 

Biz stereotipləri qırır, gənclərin bir-birinə mentorluq etdiyi və birlikdə böyüdüyü müasir bir öyrənmə məkanı təklif edirik.

MİSSİYAMIZ

Azərbaycanda qeyri-formal təhsilin inkişafına töhfə vermək, keyfiyyətli və əlçatan tədris imkanları yaradaraq gənclərin şəxsi, peşəkar və vətəndaş inkişafını dəstəkləmək.

VİZYONUMUZ

Qeyri-formal təhsilin gənclərin həyatında əsas rol oynadığı, hər bir gəncə dəyər verilən inklüziv, aktiv və güclü bir cəmiyyətin formalaşmasına töhfə vermək.

Nələr Edirik?

Gənclərin ehtiyaclarına uyğun olaraq hazırlanmış fərqli inkişaf alətləri ilə real dəyişiklik yaradırıq.

Təlimlər

Şəxsi inkişaf, beynəlxalq layihələr və qeyri-formal təhsil metodologiyaları üzrə interaktiv və təcrübi təlimlər təşkil edirik.

Mentorluq

Layihə, təlim və karyera əsaslı fərdi və “peer-to-peer” dəstək proqramları ilə gəncləri düzgün hədəfə yönləndiririk.

İcma

Gənclərin özlərini təhlükəsiz, qəbul olunmuş və dəyərli hiss etdikləri fəal, bərabərhüquqlu və kreativ şəbəkə qururuq.

Uğurumuz Rəqəmlərdə

Reallaşdırdığımız proqramlar sadəcə rəqəmlərdən ibarət deyil, dəyişən gənc həyatların göstəricisidir.

92%
Uğur Göstəricisi

Məzunlarımız proqramı bitirdikdən sonrakı 6 ay ərzində özünəinamın artdığını və karyera hədəflərinin netləşdiyini bildiriblər.

200+
Aktiv İştirakçı

Qeyri-formal təhsil proqramlarımıza qoşularaq fərdi bacarıqlarını və dünyagörüşünü inkişaf etdirən gənclər.

30+
Tamamlanmış Layihə

Yerli və beynəlxalq səviyyədə gənclərin fəallığını və təcrübə qazanmasını təmin edən təşəbbüslər.

"bebrave didn't just teach me how to lead; it gave me the courage to fail forward and the community to keep going. It was the catalyst I didn't know I needed."

— SARAH J., 2023 ALUMNA

Gücümüzü Yaradan Komanda

“Be Brave” fəlsəfəsini reallığa çevirən, gənclərin inkişafı üçün ürəklə çalışan kreativ və enerjili komandamızla tanış ol!

Cəsur Mədətzadə

CEO

Aydan Agayeva

Co-Founder CPO

Nərgiz Həbibillayeva

FP&A Manager

Nigar Mustafayeva

Project Manager

Turkan Muradzade

CMO

Fidan Balakişiyeva

People and Community Manager

Xədicə Canaliyeva

IT Director

"BRAVE" Nədir?

Bizim adımız sadəcə bir söz deyil, gənclərə ötürmək istədiyimiz fundamental dəyərlərin məcmusudur:

Belonging

Gənclərin özlərini qəbul olunmuş, təhlükəsiz və dəyərli hiss etdikləri inklüziv mühitin yaradılması.

Resilience

Gənclərin çətinliklərə qarşı dözümlülüyünü, özünə inamını və çevik adaptasiya bacarıqlarını gücləndirmək.

Active Citizenship

Gənclərin cəmiyyətdə fəal iştirakı, qərarvermədə söz sahibi olması və sosial məsuliyyət daşıması.

Value Based Learning

Empati, bərabərlik, insan hüquqları və əməkdaşlıq üzərindən təcrübə ilə öyrənmək.

Empowerment

Gənclərin daxili potensialını üzə çıxarmaq, təşəbbüs göstərməyə və öz həyatlarının lideri olmağa təşviq etmək.

Öz Hekayəni Be Brave ilə Yaz!

Hərəkətə keçmək, yeni bacarıqlar qazanmaq və fərq yaratmaq üçün heç vaxt gec deyil. Komandamızın bir parçası ol və potensialını dünyaya göstər!